" Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 148)
Kuleyni Əbu Cəfərin bu ayənin işarə etdiyi kəslərin Qaimin (hz. Mehdi (ə.s)-ın) dostları olduğunu söylədiyini bildirir. (Ravdatu’l-kafi, səh.260; Iyaşi, et-Tefsir, I.66)
Yenə Kuleyni bu ayədə Qaimin (hz. Mehdi (ə.s)-ın) Allah Qatından çıxışının nəzərdə tutulduğunu rəvayət edir. (Ravdatu’l-kafi, səh.312)
Əbu Basir deyir ki: İmam Məhəmməd Baqirdən Allahın bu ayəsinin təfsiri soruşuldu, "Çox yaxında onlara aləmdəki və canlarındakı dəlilləri göstərəcəyimiz zaman, sonda onun haqq olduğunu anlayacaqlar". Belə buyurdu: "Onlara nəfslərindəki çirkinlik (heyvanlaşma) və aləmin onlara artıq daraldığı göstəriləcək. Beləcə onlar Allahın Qüdrətini həm öz nəfslərində, həm də aləmlərdə görəcəklər. “Sonda onun haqq olduğunu anlayacaqlar”. Məhz o zaman Qaimin (hz. Mehdi (ə.s)-ın) zühurdur. O (hz. Mehdi (ə.s)) Allahdan gələn haqdır və bu xalq onu (hz. Mehdi (ə.s)-ı) mütləq görəcək".
Əbu Basirdən, İmam Baqir həzrətlərindən bu ayə haqqında soruşulduğunda belə buyurdular: "Daxillərində və xariclərində Allahın heyrətləndirici və qəribə möcüzələrini görərək hz. Mehdi (ə.s)-ın zühurunun haqq olduğuna inanacaqlar. Buna heç kimin şübhəsi qalmayacaq".
Kuleyni bunun Qaimin (hz. Mehdi (ə.s)-ın) çıxışı əsnasında baş tutacağını rəvayət etmişdir. (Ravdatu’l-kafi, səh. 239, 240)
Kuleyni, bunun Qaimin (Hz. Mehdi (ə.s)-ın) çıxışı əsnasında baş verəcəyini rəvayət etmişdir. (Ravdatu’-kafi, səh. 44)
Bu, İbrahim əl-Quminin təfsirində ifadə etdiyinə görə Qaimin (hz. Mehdi (ə.s)-ın) ortaya çıxışı ilə reallaşacaq. (Iyaşi, age., II. 390)
Əli ibn Həsəndən Ayyaşi rəvayət etdi: Onun yanında bu ayəti-kərimə oxundu: Onlar Allaha and olsun ki, bizim Əhli-beytin sevənlərindəndirlər. ALLAH BİZDƏN BİR ŞƏXSİN (HZ. MEHDİ (ə.s)-ın) ƏLİ İLƏ ONLARA (BUNU) ETDİRƏR. O ŞƏXS İSƏ BU ÜMMƏTİN MEHDİSİDİR. (Mecmau’l beyan fi tefsiri’l-Kuran Ebu Ali Eminuddin Fazl, Hasan ibn Fazl Tabersi 1986, cild:4, səh. 832)
Ayaşi təfsirində:
Zeynel-Abidin həzrətləri: ... (Nur surəsi, 55) ayəsini oxudu və belə buyurdu: "Vallah! onlar biz Əhli-beyti sevənlərdir. Allah onlar üçün bunu, şübhəsiz, edəcək, bizdən birinin əli ilə... Ki, o bu ümmətin Mehdisidir".
İmam Məhəmməd Baqir bu ayə ilə əlaqədar olaraq belə buyurmuşdur: "Bunlar, Axırzamanda zühur edəcək hz. Mehdi (ə.s)-ın səhabələridir". (Mecma-ul Beyan Tefsiri)
Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Maidə surəsi, 54)
... İmam Cəfər Sadiq bu ayə ilə əlaqədar olaraq belə buyurmuşdur: "Bu ayədə işarə edilən vəzifənin sahibi (hz. Mehdi (ə.s)) qoruma altındadır. Əgər insanların hamısı getsələr də, Allah onu (hz. Mehdi (ə.s)-ı) və səhabələrini gətirəcək. Onlar Uca Allahın haqqlarında belə buyurduğu kəslərdir: Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik. (Ənam surəsi, 89)
Onlar (hz. Mehdi (ə.s) və ona tabe olan müsəlmanlar) bu ayənin nəzərdə tutduğu kəslərdir: "Ey inananlar! Sizdən kim dinindən dönsə, (bilsin ki) Allah, yaxında elə bir camaat gətirəcək ki..." (Maidə surəsi, 54) (Tefsir-un Nu'mani)
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)
Məhəmməd ibn Müslim belə dedi: "Ehtiyacı (ehtiyac, möhtaclıq içində) olan biri Onu çağırdığında ondan razılıq edər" ayəsi haqqında İmam Məhəmməd Baqir belə buyurdu: "Bu ayə qaim (hz. Mehdi (ə.s)) haqqında nazil olmuşdur. Ağ bir quş şəklində Kəbənin novundan gəlib xalqın içində hz. Mehdi (ə.s)-a ilk beyət edəcək olan Cəbrayıl əleyhissalamdır". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh.37)
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
... Əbu Basirdən; İmam Cəfər Sadiq belə buyurdu:
Qaimin (hz. Mehdi (ə.s)-ın) qiyamından əvvəl *bir il xalq ac qalacaq və onları öldürülmə qorxusu bürüyəcək; malları, canları və məhsulları azalacaq. Bu hadisə Allahın Kitabında açıq şəkildə yazır. Sonra bu ayəni yüksək səslə oxudu: "Sizləri qorxu, aclıq, mal, can və məhsulların azalması ilə mütləq sınayacağıq. Və səbir edənləri müjdələ". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 297)
* Hz. Mehdi (ə.s)-ın qiyamından əvvəl dünya səviyyəsində 7 il davam edən çox böyük bir iqtisadi böhran yaşanacaq. İmam Cəfər Sadiq, 7 il davam edəcək olan bu iqtisadi böhranın xüsusilə bir il boyunca daha da şiddətini artıracağına və təsirini göstərəcəyinə diqqət çəkmişdir.
Eyni şəkildə Məhəmməd ibn Müslimə istinadən digər bir rəvayətə görə isə;
İmam Cəfər Sadiq belə buyurdu: "Qaimin (hz. Mehdi (ə.s)-ın) qiyamından əvvəl işarələr vardır. Uca Allah tərəfindən mömin qullarına bəlalar gələcəkdir"
"Bu işarələr nələrdir?" deyə ərz etdim.
Buyurdu ki: "O, Allah Azze və Cellenin bu buyruğudur: Sizləri qorxu, aclıq, mal, can və məhsulların azalması ilə mütləq sınayacağıq. Səbir edənləri müjdələ".
Buyurur ki: "Siz möminləri mütləq sınayacağıq. Qorxu ilə, yəni səltənətlərinin sonlarına doğru hər hansı bir oğullarının hökuməti ilə qorxudacağıq. Aclıqla, yəni məhsulların bahalılığı ilə, malların azalması, yəni ticarətlərin kasad olması və faydasının azalması. Canların azalması yəni, sürətli və ani ölümlər. Məhsulların azalması, yəni cütçülüyün azalması və meyvələrin bərəkətinin azalması. Səbir edənləri müjdələ, yəni məhz o zaman Qaimin (hz. Mehdi (ə.s)-ın) zühuru ilə onları müjdələ". Sonra mənə buyurdu ki: "Ey Məhəmməd! Bu onun şərhidir. (Əsl məna və şərhi budur). Allah Azzə və Cəllə buyurur ki: "Onun şərhini yalnız Allah və elmdə dərin olanlar bilərlər".
Ayyaşi təfsirində İmam Musa Kazımın nəql etdiyi kimi bu ayənin hz. Mehdi (ə.s)-a işarə etdiyi rəvayət edilir.
Salam ibn Müstenir də İmam Məhəmməd Baqirdən bu hədisi rəvayət etmişdir:
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?” – deyəcəklər. Xəbəriniz olsun ki, əzab onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir. (Hud surəsi, 8)
İshaq ibn Əbdüləzizdən:
İmam Cəfər Sadiq "Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək" ayəsi haqqında belə buyurdu:
"Əzab, Qaim əleyhissalamın (hz. Mehdi (ə.s)-ın) qiyamıdır. Sayılacaq sayda bir ümmət isə Bədrdə döyüşənlərin sayı qədər olan səhabələridir". (Hz. Mehdi (ə.s)-ın zühuru möminlər və insanlar üçün bir nemət, insanlığa əzab verən küfr sistemlərin sona çatmasına vəsilə olacağından onlar üçün də bir növ mənəvi əzab olacaq.)
Əbu Basirdən:
İmam Cəfər Sadiq "Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır " ayəsi haqqında belə buyurdu: "Qaim (hz. Mehdi (ə.s)) və səhabələri haqqında nazil olmuşdur. Allah onları (hz. Mehdi (ə.s) və səhabələrini) vədsiz olaraq bir yerə toplayacaq".
Əbu Basirdən:
Süleyman ibn Haruni İcli belə deyir:
İmam Cəfər Sadiqin belə buyurduğunu duydum: "Bu əmrin sahibinin (hz. Mehdi (ə.s)-ın) səhabələri qorunandırlar, əgər xalqın hamısı ölsə də Allah onun (hz. Mehdi (ə.s)-ın) səhabələrini gətirər. Allah onlar (hz. Mehdi (ə.s) və səhabələri) haqqında belə buyurmuşdur: "Onlar ona qarşı kafir olsalar da, ona elə bir qövm vermişik ki, ona qarşı kafir olmazlar". Allah onlar (hz. Mehdi (ə.s) və səhabələri) haqqında həmçinin belə buyurmuşdur: "Allah elə bir qövm gətirəcək ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan."
Əbu Basir belə deyir:
İmam Cəfər Sadiq belə buyurdu: "Talutun səhabələri bir çayla imtahan olunmuş və Allah onlar haqqında "Sizləri bir çay ilə sınayacağıq" buyurmuşdu. Qaim (hz. Mehdi) əleyhissalamın səhabələri də eynilə onun kimi imtahan olunacaqlar".
İmam Baqir bu ayəyə belə məna vermişdir:
İmam Cəfər Sadiq bu ayə haqqında belə demişdir:
"Vallah! Qaim (hz. Mehdi (ə.s)) zühur etmədən bu ayənin mənası təcəlli etməz".
Cəfər Sadiq "bu ayədəki qeyb, hz. Mehdi (ə.s)-dır" deyə buyurdu.
Elçilər hər dəfə ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və istədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz. (Yusif surəsi / 110)
Mufaddaldan, Cəfər Sadiq Həzrətlərindən, atasından, atalarından, Əmir əl-Möminin hz. Əlidən:
Allahın nüsrəti (qələbəsi), ancaq insanların ölümü yaşamaqdan üstün tutduqları zaman gəlir, Rəbbimin Kitabı-Cəlilində bu ayədə bəyan etdiyi kimi:
Əbul Caruddan:
... O zülm ilə yurdlarından çıxarılan kəslərə, əgər ərşdə yer versək, onlar (hz. Mehdi (ə.s) və səhabələri) iqtidar sahibi olunca lovğalanmazlar, namazlarına davam edərlər, zəkatlarını verərlər, yaxşılığı əmr edib, pislikdən çəkindirərlər. Bunların bütün işlərinin aqibəti Allaha aiddir.
İmam Baqir həzrətləri: "Bu ayə hz. Mehdi (ə.s) və səhabələri haqqında nazil olmuşdur. Allah onları şərqdən qərbə qədər, bütün dünyaya sahib edəcək, İslamı onlarla ucaldacaq, zülmdən və bidətdən əsər qalmayacaq"―deyə buyurdu.
...Və o gün möminlər sevinəcəklər. Allahın köməyi ilə. O, dilədiyinə kömək edər... (Rum surəsi, 4-5)
İmam Cəfər Sadiq bu ayə haqqında "Qaim (hz. Mehdi (ə.s)) zühur edincə, möminlər Allahın qələbəsi ilə rahatlanacaqlar" deyə buyurdu.
Əbu Cəfərdən:
"... O (hz. Mehdi (ə.s)) çıxdıqda kürəyini Kəbəyə söykəyər. Ona (hz. Mehdi (ə.s)) tabelərindən 313 adam tabe olar. Hz. Mehdi (ə.s) əvvəlcə bu ayəni oxuyar:
Bu ayəni oxuyub belə dedi: "Mən sizin üçün Allahın seçdiyi və xəlifəsiyəm (müsəlmanların mənəvi lideriyəm). Mən onun dəliliyəm". Hz. Mehdi (ə.s)-a salam verənlər belə salam verərlər: "Salam sənə ey Allahın yer üzündə xəlifəsi (bakiyyəsi!)" Sonra hər kəs ona (hz. Mehdi (ə.s)-a) beyət edər. (Hz. Mehdi (ə.s)-ın) adamlarının sayı on minə çatar. Allahdan başqasına ibadət edən, yəhudi və xristian olan hər kəs ona (hz. Mehdi (ə.s)-a) iman edər. Beləcə yer üzündə tək bir millət hasil olar; o İslam millətidir. Sonra Allahdan başqasına tapınanların üzərinə göydən od yağar və onları yandırar. Doğrusunu Allah bilir". (Nurul Ebsar, Ehl-i Beyt, Oniki İmam,
Kutuplar ve Mezhep İmamlarının Menkıbeleri, Şeblenci (1250), Tercüme:
Saim Güngör, (pamuk yayıncılık nisan 2004 cild: 628 77 93) səh. 594)
Yasin surəsinin, 30-cu ayəsi:
Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər. (Yasin surəsi, 30)
Amma hüccət (hz. Mehdi (ə.s)) xalqı tanıyar, xalq isə onu (hz. Mehdi (ə.s)-ı) tanıya bilməz. Eynilə Yusif kimi. Yusif xalqı tanıdığı halda onlar Yusifi inkar edərdilər. Sonra hz. Əli bu ayəni oxudu: "qullara təəssüflər olsun, Rəsul onlara gəldikcə onunla lağ edirdilər". (şeyh muhammed ibn İbrahim-i numani, gaybet-i numani səh. 162)